» » » Adil Əliyevin xeyirxah təşəbbüsünə qoşulan könüllülər, Şəkinin gənc sakininə donorluq etdi! FOTOLAR

Adil Əliyevin xeyirxah təşəbbüsünə qoşulan könüllülər, Şəkinin gənc sakininə donorluq etdi! FOTOLAR

Adil Əliyevin xeyirxah təşəbbüsünə qoşulan könüllülər, Şəkinin gənc sakininə donorluq etdi! FOTOLARDaha öncə də qeyd etdiyimiz kimi, Milli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə, adı çəkilən komitə tərəfindən, "Yaşatmaq, yaşamaq qədər gözəldir” adlı qanvermə aksiyaları keçirilir.

Premyer.az xəbər verir ki, artıq bu aksiyaya, tanınmış idmançılarımız Hacı Əliyev, Elxan Məmmədov, Eduard Məmmədov və digərləri ilə yanaşı, orta və ümumtəhsil məktəblərinin bədən tərbiyəsi müəllimləri və bir sıra vətəndaşlarımız da qoşulub.

Belə ki, Bakının 329 nömrəli tam orta məktəbinin bədən tərbiyyəsi müəllimi – idmançı Tural Yaqubov və Biləcəri qəsəbəsinin sakini Rövşən İbrahimov, Premyer.az saytının çağırışına qoşularaq, talassemiya xəstəliyindən əziyyət çəkən, Şəki şəhər sakini, 13 yaşlı Ağaxan Abdullayevə donorluq ediblər.

Qan qrupu 2 müsbət rezus (RH II +) olan Ağaxan Abdullayev, anası ilə birlikdə Şəki şəhərində yaşayır və hər ayın əvvəlində Bakıya, Qan Bankına gələrək, qan alma proseduru keçir. Lakin, təəssüflər olsun ki, ailə, Covid-19 koronavirusu ilə əlaqədar, son aylar donor tapmaqda çətinlik çəkir.

Ağaxanın anası Şərifə Abdullayeva, bu gözəl və xeyirxah təşəbbüsünə görə, Millət Vəkili Adil Əliyevə və onun təşəbbüsünə və Premyer.az saytının çağırışına qoşularaq, oğlu Ağaxan Abdullayevə donorluq edən Tural Yaqubova və Rövşən İbrahimova və onların simasında bütün könüllü donorlara, bu çətin günlərdə onlara dəstək olduqları üçün, saytımız vasitəsi ilə, öz dərin təşəkkürünü bildirib.

DONORLUQ ETMƏK İSTƏYƏN KÖNÜLLÜLƏRİN DİQQƏTİNƏ!

Məlumat üçün bildiririk ki, Qan Bankında donorların təhlükəsiz şəraitdə qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilib. Donorlar gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas olmaqla qan verməkdədirlər. Qan verən donorlara lazım gəldikdə qan vermə barədə arayışlar da verilir.

Özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 87) yaxınlaşaraq qan verməsini xahiş edirik.

Ayrıca olaraq, 13 yaşlı Ağaxan Abdullayevə donorluq etmək istəyən (qan qrupu 2 müsbət rezus RH II +), ümumiyyətlə, çətin şərtlərdə, atasız böyüyən bu övlada və onun ailəsinə köməklik göstərmək istəyən hər bir şəxs, Ağaxanın anası Şərifə xanımla (Əlaqə tel: 055 826 39 55) birbaşa əlaqə yarada bilərlər.

ÖNƏMLİ QEYD: Əgər məhz Ağaxan Abdullayevə qan vermək istəyirsinizsə, Qan Bankında qan verdiyiniz zaman, mütləq Ağaxan Abdullayevə donorluq etdiyinizi bildirin və Arayış almağı unutmayın.

Rauf İskəndərov / Premyer.az

Adil Əliyevin xeyirxah təşəbbüsünə qoşulan könüllülər, Şəkinin gənc sakininə donorluq etdi! FOTOLAR
Adil Əliyevin xeyirxah təşəbbüsünə qoşulan könüllülər, Şəkinin gənc sakininə donorluq etdi! FOTOLAR
Adil Əliyevin xeyirxah təşəbbüsünə qoşulan könüllülər, Şəkinin gənc sakininə donorluq etdi! FOTOLAR
Adil Əliyevin xeyirxah təşəbbüsünə qoşulan könüllülər, Şəkinin gənc sakininə donorluq etdi! FOTOLAR
597     
Reklam

Reklam